Araq əvəzinə içdiyi məhluldan öldü

Araq əvəzinə içdiyi məhluldan öldü
  30 Aprel 2013    Oxunub:1403
İçkili vəziyyətdə yaşadığı evə gəlib, evin həyətində bostanda ziyanvericilərə qarşı istifadə edilən qabaqcadan hazırlanmış məhlulu səhvən içib
Qazax rayon Prokurorluğudan AzVision.az-a verilən məlumata görə, dünən Qazax rayonu, Çaylı kənd sakini 156 yaşlı Əliyev Zirəddin Mikayıl oğlu zəhərlənmə diaqnozu ilə Qazax Rayon Mərkəzi Xəstəxanasında daxil olub və həkim müayinəsi zamanı onun artıq öldüyü müəyyən edilib.

Məlumat əsasında hadisə yerinə baxış keçiriluib, meyitin xarici və daxili müayinəsi aparılıb və məhkəmə- tibb ekspertizası təyin edilib.

Zirəddin Əliyevin arvadı Qasımova Yeganə Cəmil qızının bildirdiyinə görə əri 29 apreldə təxminən saat 6-da içkili vəziyyətdə yaşadığı evə gəlib, evin həyətində bostanda ziyanvericilərə qarşı istifadə edilən qabaqcadan hazırlanmış məhlulu səhvən içib. Zirəddin Əliyevə ilkin yardım göstərilmiş, daha sonra Qazax RMX-na aparılmış və müayinə zamanı onun artıq öldüyü məlum olub.



Teqlər:  





Xəbər lenti