Mən nə İP-lər görmüşəm!..

Mən nə İP-lər görmüşəm!..
  25 Sentyabr 2014    Oxunub:4043
Aydın Cəfərov

İP-lər müxtəlif olur... Uşaq vaxt meşəyə odun gətirməyə gedərdik. Topladığımız odunları uzunqulağa yükləyib, dağılmasın deyə, onu "kambağı" dediyimiz iplə heyvanın belinə möhkəm-möhkəm bağlardıq. Mal-qaranı bagladığımız iplərə isə "sicim" deyərdik. Cırılan ketani, futbol topunu da nazik olmasına baxmayaraq olduqca möhkəm "viş" iplə tikər, yamayardıq.


Yəni ağlım kəsəndən bu ip deyilən alətin nəyisə harasa bağlamaq, pərçim etmək üçün mühüm bir vasitə olduğunu anlamışam... Məsələn, kimisə asmaq (!) və ya atlar bəlli otlaq sahəsindən kənara çıxmasın deyə onların əl-qolunu çidarlamaq üçün ipdən istifadə olunub.

El ağsaqqalları istəmədikləri bir addımı atanda "boynuma ip salib ora-bura sürüyürlər" deyərdilər. Yola-yolağa gəlməyən adamlara da "ipsiz adam"dır deyərdilər... Ən nəhayət, bir şeyə nəzarəti itirdikdə "it də getdi, ip də getdi" və ya "kələfin (ipin) ucunu itirmişəm" deyərdilər.

Bakıya gəldim...

İpə-sapa yatmayan - ipsiz adamlar gördüm. İpi yığılası - "ipsiz" adamlar gördüm.

Qırılmaz iplərlə yüz il zamanətli torba tikənlər gördüm...

Taleyi ipdən aslı dilsiz-ağızsızların ipini acımadan, "uf" demədən kəsənlər gördüm...

Mən öyrənmişdim ki, hər şey iplə bərqərar olur... Burada iplər qırılmış, boxçalar da cırılmışdı.... Qalan təkcə torbalardır... Ən böyük iplər də boyunlarda idi...

İT-ə baş vurdum, bu sahədə çalışdım. "İT" deyəndə informasiya texnologiyalarını nəzərdə tuturam. İT-lə ip yaman həmahəng səslənir. Bir az dərinə getdim. Bir məqamda mənə nələrsə oldu. Bu İT-in heç də yaxşı bir şey olmadığını anladım. Əsl it sahibinə xidmət etdiyi kimi, boyuk hərifli İT də bütövlükdə istfadəçiləri kontrolda saxlayır. Necə? Hər bir istifadəçinin anında ipini çəkməklə. Söhbət İT ipi olan İP (internet protokol)-dən gedir...

Kim ki, sözə baxmır şəbəkədə ipini çəkib, İP-inə mudaxilə edir, sanksiyalar tətbiq edir, çıxışlarını məhdudlaşdırır, bəd ayaqda bloklayırlar... Hörümçək toru bir yana, gəl indi axtar sənin İP-in hansi tordadır.

Deyək ki, dözmədin bu iqnora, oxuyub-öyrənib özünə başqa bir İP seçdin. İpsiz bağlantı, bütövlük olmur axı...

İP konflikti - bu ip bashqasinin ipidi... Sən bağlandınsa, o, ipsiz qalır.... Yəni sistem elə qurulub ki, sən qaydalara uymayınca mütləq bütövlük itir, kiminsə ipi qırılır...

Nə qədər ki, bu sistemdə "Domain Control" var, sərbəst İP seçimi yoxdu, hər kəsin dartılacaq bəlli ipi var konfliktlər yaranacaq, iplər qırılmasa da, dolaşacaq. Necə ki, qardaşları Məlikməmmədin ipini kəsib, qaranlıq quyuda qoydular. Necə ki, Qarca Çobanı iplə ağaca sarıdılar...

İP-lərimiz admin hüquqlu, iplərimiz daim qirilmaz olsun. Boynumuza ip olçdürməyək - ipiqırıq birisi çətin ki, qil körpündən keçə bilsin...

P.S. Bu yaxınlarda televiziya kanallarının birində internet mediasının problemləri "müzakirə" olunurdu. Bu sahədə ən böyük problemlərdən biri də reklam bazarı uğrunda aparılan "yalançı IP" marafonudur... Medisası da "yalançı IP"-lə bərqərar olan bir qövmün ipi qırılmasın, neyləsin...


Teqlər:  





Xəbər lenti