Ramil Usubov seçim edəcək

Ramil Usubov seçim edəcək
  24 Sentyabr 2014    Oxunub:1873
Daxili işlər naziri polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək istəyənləri qəbul edəcək.
Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinləri 27 sentyabr saat 12.00-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində daxili işlər naziri tərəfindən qəbul ediləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti