Naxçıvanda silah-sursat tapılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Şərur rayonunun İbadulla kənd sakini Rəbi Məmmədov tapdığı qaz tapançasını, 468 ədəd müxtəlif çaplı patronu, 1 ədəd patron darağını və 1 ədəd pulemyot lentini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.