Dostuna görə özünü öldürmək istədi

Dostuna görə özünü öldürmək istədi
  29 Aprel 2013    Oxunub:2183
Dostunun qəbri üstündə özünü öldürəcəyinə and içib
Zaqatalada bir nəfər intihara cəhd edib.

Zaqatala rayon Prokurorluğudan AzVision.az-a verilən məlumata görə,24 yaşlı rayon sakini Nağıyev Turac Telman oğlu yaşadığı evin içində kapron kəndiri pərdə asılqanından bağlayıb və ayaqları altına stul qoymaqla intihar etmək istəyib.

Lakin kəndir onun ağırlığına davam gətirməyib qırılıb.
Bundan sonra səs-küyə yığışan qonşular onun intihar etmək istədiyini, buna nail olmadığını və vəziyyətinin pis olduğunu görüb, təcili tibbi yardım stansiyasına zəng ediblər.

N. Turacın izahatı alınarkən bildirib ki, təxminən 15 gün bundan əvvəl dostunu yol qəzasında itirib.

Bundan sonra o, hər gün dostunun qəbri üstünə gedib və onun qəbri üstündə özünü də öldürəcəyinə and içib və niyyətini bu gün həyata keçirməyi planlaşdırıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti