Şirvanda faciə - qətl və bıçaqlama

Şirvanda faciə - qətl və bıçaqlama
  28 Aprel 2013    Oxunub:2473
Şirvanda bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan ailə dramı baş verib.
Bu barədə Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Apa-nın verdiyi məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhəri, Ə.Qarayev küçəsi ev 13 ünvanında bıçaqlanma hadisəsi baş verib.

Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızı Şirvan şəhəri, Q. Qarayev küçəsi 63 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Nəhmədov Savalan Əvəzağa oğlu tərəfindən qətlə yetirilib.

Belə ki, saat 18:30 radələrində Savalan Nəhmədov sevdiyi qızıın evinə gələrək, onun atası, 1958-ci il təvəllüdlü Əliyev Rahil Hümbət oğlunu, anası, 1960-cı il təvəllüdlü Əliyeva Aidə Şamil qızını və nəhayət, sevdiyi 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızını bıçaqla vurub. Hadisəni törədərək qaçan Savalan Nəhmədov küçədə özünə də bıçaqla xəsarət yetirib. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilsələr də, 16 yaşlı Maya Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılıb.


Teqlər:  





Xəbər lenti