Bakıda bir gecədə 2 maşın yandı

Bakıda bir gecədə 2 maşın yandı
  17 Sentyabr 2014    Oxunub:1063
Bakıda gecə saatlarında 2 avtomobil yanıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda vətəndaşa məxsus "Forland" markalı yük avtomobilinin kabinəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti