Bu gün leysan olacaq - Xəbərdarlıq

Bu gün leysan olacaq - Xəbərdarlıq
  17 Sentyabr 2014    Oxunub:2185
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq

Sentyabrın 17-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti