Məktəblilər qəzaya düşdü - ölən və yaralılar var

Məktəblilər qəzaya düşdü - ölən və yaralılar var
  17 Sentyabr 2014    Oxunub:2857
Ağstafada atasının avtomobilini qaçıran məktəbli ağır qəza törədib.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində Ağstafa rayon Vurğun qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. İçində 5 şagird olan "VAZ 21 011"-in idarəetməsini itirən Orxan Ömərli Ağstafa-Köçəsgər yolunun Vurğun qəsəbəsi ərazisində avtomaşını yol kənarındakı qəsəbənin ünvanını bildirən obeliskə çırpıb.

Ağır qəza nəticəsində avtomaşının sürücüsü ilə yanaşı, sərnişinləri - Ağstafa şəhər 33-cü məhəllənin sakinləri 8-ci sinif şagirdi Kənan Əliyev, 10-cu sinif şagirdləri Elşad İsmayılov, Şahin Əsgərov və Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Yusif Salıfov ağır xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Dağ Kəsəmən kənd sakini 11-ci sinif şagirdi Y.Salıfov orada dünyasını dəyişib.

Faktla bağlı Ağstafa polisi araşdırma aparır.


Teqlər:





Xəbər lenti