Füzulidə dəhşət: qadın yanaraq öldü

Füzulidə dəhşət: qadın yanaraq öldü
  16 Sentyabr 2014    Oxunub:1260
Füzulu rayonunda dəhşətli yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti