Ofisdə stress: aqressiyadan qurtulmağın yolu?

Ofisdə stress: aqressiyadan qurtulmağın yolu?
  27 Aprel 2013    Oxunub:1444
İnsanlar bəzən iş zamanı əsəblərini cilovlaya bilməyərək nəyisə dağıdır, qırır və bununla da özündə müəyyən rahatlıq tapır.
Bütün diqqəti işə yönələn insanın adi texniki nasazlıq, kənardan müdaxilə, hətta zarafat belə əsəblərini yerindən oynadır. Həmin şəxslər hər şey qaydasına düşəndən sonra hansı səbəbdən əsəbiləşdiyini izah edə bilmirlər, "özümdəm çıxdım", “özümə hakim ola bilmədim” "ağlım başımdan çıxdı" kimi ifadələr işlədirlər.

Bəs görəsən işdə aqressiyanı yaradan səbəblər nədir? : "Səbəblər müxtəlif olur. İşi görəndə kompüter donur. Hətta elə olur ki, hirsim soyusun deyə kompüteri vurmaq; İnternet kəsilir; İş yoldaşım hündürdən danışır; Mənə yersiz suallar verirlər; Aclıq güc gəlir; Məvacibim gecikir; Mənim işim telefonla bağlı olduğu üçün, zənglərdən bezirəm. Qəfil bir zəng hansısa bir xəbər, məni əsəbləşdirir , " və s.

Psixoloqlar isə bu vəziyyətin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu bildirir. Amerikalı mütəxəssislərin sözlərinə görə, əsəbləşən zaman insanda mənfi enerji yaranır ki, bu da hansısa formada çıxmalıdır. Kiməsə qışqırmaq , nəyisə vurub sındırmaq həmin mənfi enerjinin çıxmasına kömək etsə də, insana maddi və ya mənəvi ziyan vurur. Məsələn, istəmədən kiminsə xətrinə dəyə bilərik və ya özümüz haqqında mənfi rəy formalaşdıra bilərik.

Mütəxəssislər belə halların daha çox Amerika, Avropa ölkələrində baş verdiyini deyirlər. Azərbaycanda isə milli mentalitet, ətrafdakılara hörmət hissi, eyni zamanda iş yerini itirmək qorxusu kimi məqamlar belə halların qarşısını alır. Psixoloqlar məsələhət görürlər ki, əsəbi işçini işdən qovmaqla ona daha bir zərbə endirmək yox, mümkün olduqca müalicəyə göndərmək lazımdır.

Ofisdə əsəbini cilovlaya bilməyənlərə isə məsləhət görülür ki, kimsənin eşidib görməyəcəyi bir məkana çəkilib istədiyi kimi qışqıra, və ya ürəyini boşalda bilər. Məsələn, üzünü divara tutub “bəsdi məni narahat edin!” - deyib özünü sakitləşdirmək olar.


Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti