Maqdeburqda Azərbaycan konfransı keçiriləcək

Maqdeburqda Azərbaycan konfransı keçiriləcək
  15 Sentyabr 2014    Oxunub:1405
Oktyabrın 25-də Almaniyanın Maqdeburq şəhərinin eyniadlı universitetində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (VASW) „Azərbaycan dünyada: İqtisadiyyat, Hüquq və Siyasət III“ adlı üçüncü elmi tədbiri baş tutacaq.

Cəmiyyətin sədri Elvin Cəbrayılovun AzVision.az-a verdiyi məlumata görə, artıq sayca üçüncü elmi tədbiri keçirməkdə məqsəd Azərbaycan iqtisadiyyatı, hüquq və siyasət elmi sahəsində gedən son proseslərlə yaxından tanış olmaq və ölkəmiz adına hansı formada uğurlara imza ata biləcəyimizi araşdırmaqdan ibarətdir.

Tədbirdə Almaniyada təhsil alan və təhsilini bitirmiş soydaşlarımız çox maraqlı elmi mühazirələrlə çıxış edəcəklər.

Sədr həmçinin onu da bildirdi ki, həmçinin ölkəmizə marağı olan xarici professor və tələbə heyətini bu görüşlərdə həmyerlilərimizlə bir araya gətirmək və yüksək formada elmi informasiya mübadiləsi aparmaq imkanı yaratmaq qarşıya qoyulan əsas məqsədlərdəndir. Belə tədbirlər təbii ki, ikitərəfli dostluq əlaqələrin qurulması və gücləndirilməsində mühüm rol oynayır.

Elmi tədbirdə iştirak etmək istəyənlər [email protected] email adresi üzərindən cəmiyyət ilə əlaqə yarada bilərlər.


Teqlər:





Xəbər lenti