Ağcabədidə ağır qəza: sürücü öldü

Ağcabədidə ağır qəza: sürücü öldü
  15 Sentyabr 2014    Oxunub:1194
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşlara məxsus "BMW", "MERSEDEC" və "DAEWOO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:24-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti