FHN 3 nəfəri xilas etdi

FHN 3 nəfəri xilas etdi
  14 Sentyabr 2014    Oxunub:1205
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 3 nəfər bağlı qapı arxasında qalıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 azyaşlı və bir nəfər kişi mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qaıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını bayır tərəfdən açaraq vətəndaşları xilas edərək aiddiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:44-də başa çatıb.



Teqlər:





Xəbər lenti