`Sevil` massivinin işçisi itkin düşdü

`Sevil` massivinin işçisi itkin düşdü
  14 Sentyabr 2014    Oxunub:1709
Bakıda "Sevil" massivinin işçisi itkin düşüb.

AzVision.az xəbər verir ki, bu barədə Anspress-ə itkin düşən 1977-ci il təvəllüdlü Vüqar Əlvan oğlu Qurbanovun həyat yoldaşı Gülnar Qurbanova məlumat verib.

G.Qurbanovanın sözlərinə görə, onun həyat yoldaşı dünən səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

"Vüqar "Sevil" massivində tikintidə usta işləyirdi. Massivlə bağlı cinayət işi açılandan sonra o, bir neçə ayın maaşını ala bilmədi. Bununla əlaqədar Vüqar və onun iş yoldaşları etirazlar da ediblər. Dünən isə Höküməli bələdiyyəsindən Vüqara zəng gəlib. Deyiblər ki, maaşınızı gəlib götürə bilərsiniz. Vüqar da onunla birlikdə işləyən dostuna zəng edərək deyib ki, maaşlarımızı verirlər, gəl gedək alaq. Lakin o saatdan sonra Vüqara zəng çatmayıb. Dostu təyin etdikləri görüş yerində Vüqarı uzun müddət gözləyib. Hazırda Vüqardan heç bir xəbər yoxdur", deyə G.Qurbanova bildirdi.

O, həmçinin qeyd etdi ki, V.Qurbanov heç Hökuməli bələdiyyəsinə gedib çıxmayıb.

G.Qurbanova məsələ ilə bağlı Səabil rayonu 9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Bölmə ilə biz də əlaqə saxladıq. Bölmədən bildirdilər ki, V.Qurbanovun ailəsi ərizə ilə müraciət edib və itkin düşən şəxsin tapılması istiqamətində işlər aparılır.


Teqlər:





Xəbər lenti