Cəlilabadda qiymətli ağaclar kəsilib – FOTOLAR

Cəlilabadda qiymətli ağaclar kəsilib – FOTOLAR
  14 Sentyabr 2014    Oxunub:6200
Cəlilabadın ucqar dağ kəndi olan Alaşarın meşə zolağınada qiymətli meşə ağacları olan palıd, qoz, vələs, qızılgöz, cökə və başqa ağaclar elə canlı-canlı kəsilib.

Yaşı 50-ni, 80-ni ötmüş yaşlı ağaclar kəsilərək odun halına gətirilib. Alaşar kəndindəki 19 saylı meşə dolayına Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi nəzarət edir.

Müəssisə rəhbəri Şahin Cəfərov ağacların kəsilməsində vətəndaşları günahlandırır. O, kəsilmiş ağacların sayını 5-6 ədəd olduğunu desə də əraziyə baxanda kəsilmiş ağacların sayının 50-60-a çatdığı görünür.

Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəisi Şahin Cavadov verdiyi açıqlamada ağacların kəsilməsi faktını təsdiq edib. Bildirib ki, ağaclar vətəndaşlar tərəfindən kəsilib.

Çoxsaylı meşə qırıntısı faktı ilə bağlı indiyə kimi heç kim saxlanılmayıb.

Eyyub Məmmədov

Qalereya




Teqlər:





Xəbər lenti