Bakıda intihar həyəcanı

Bakıda intihar həyəcanı
  11 Sentyabr 2014    Oxunub:1656
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji sohbət nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və binanın damından enib.

Əməliyyat saat 14:25-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti