`Beynəlxalq təşkilatlar kəşfiyyat işlərilə məşğul olur`

`Beynəlxalq təşkilatlar kəşfiyyat işlərilə məşğul olur`
  10 Sentyabr 2014    Oxunub:1365
“Beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin, diplomatlarının Azərbaycanın siyasi partiya, QHT və media rəhbərlərilə gizli görüş keçirməsi nə dərəcədə qanuna uyğun ola bilər?”
Bu sual BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlıya aiddir. Onun sözlərinə görə, bu cür görüşlər bütün diplomatik normaları pozur: “Onların bu cür gizli görüşlər keçirməsi yalnız həmin qurumların Azərbaycana yönəlik siyasətlərini həyata keçirmək məqsədi daşıyır. Xüsüsən bu görüşləri Əli Kərimlilə aparır və ona tapşırıqlar verirlər. Onun vasitəsilə Azərbaycan hakimiyyətinə və dövlətinə olan münasibəti ortaya qoyurlar. Bir sözlə, Əli Kərimlidən istifadə edib, “mesajlarını” çatdırırlar”.

Orduxanlı deyib ki, nəinki Azərbaycanda, bütün dünyada “demokratik dəyərləri yaymaq” adı ilə fəaliyyət gösərən beynəlxalq təşkilatları əslində kəşfiyyat xarakterli işlərlə məşğul olurlar: “Diplomatik korpusda da kəşfiyyatçı kimi çalışanlar olur. Buna ABŞ hər il milyonlarla dollar xərcləyir. Adını da bu cür qoyurlar ki, heç kimdə şübhə yaratmasınlar. Əsas fəaliyyətləri həmin ölkələrdə özlərinin ələ aldıqları şəxslər vasitəsilə siyasətlərini yürütməkdir. Həmin gizli görüşlər də bu məqsədlə olur”.


Teqlər:





Xəbər lenti