Bərdədə bir nəfər ağacda qaldı

Bərdədə bir nəfər ağacda qaldı
  10 Sentyabr 2014    Oxunub:1332
1 nəfər vətəndaş ağacda köməksiz vəziyyətdə qalıb.
AzVision.azFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Türkmən kəndində (rayon mərkəzindən 6 km aralı) 1 nəfər vətəndaş ağacda köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində yanğınsöndürən-xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, vətəndaş ağacın quru budaqlarn kəsməyə qalxmış və aşağı enə bilmir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə nərdivan vasitəsi ilə vətəndaşı aşağı endiriblər. Əməliyyat saat 17:32-də başa çatıb.

AzVision.az



Teqlər:





Xəbər lenti