Azərbaycanda 2 əsrlik bazar bağlandı

Azərbaycanda 2 əsrlik bazar bağlandı
  10 Sentyabr 2014    Oxunub:2808
Qəbələdə özünəməxsusluğu ilə seçilən Nic bazarının fəaliyyəti dayandırılıb. Səbəb bazarda gigiyenik qaydaların pozulmasıdır.
AzVision.az Kanal S-ə istinadən bildirir ki, çirkab içində olan bazarda antisanitar vəziyyət yaşanırdı. Vəziyyətin kritik həddə çatdığını görən əlaqədar qurum bazarın bağlanmasına qərar verib. Qəbələ Rayon Gigiyena və Epidemiologiya Şöbəsi mövcud vəziyyətin aradan qaldırılacağı təqdirdə yaxın zamanda bazarın yenidən fəaliyyətə başlayacağını istisna etməyib.

Bazarın bağlanma səbəbləri ilə bağlı əhali arasında müxtəlif şayiələr də yayılıb. Bunlardan biri mal-qara arasında yayılan xəstəliklərdir. Ancaq Qəbələ Rayon Baytarlıq İdarəsi bu faktı istisna edib.

Qeyd edək ki, 200 illik tarixə məxsus bazarda rayonla yanaşı, respublikanın bir çox bölgələrindən insanlar satıcılıqla məşğul idilər. Elə bazarın ad-sanını eşidib uzaq yerlərdən bura alış-veriş etməyə gələnlər də az deyildi


Teqlər:  





Xəbər lenti