9 nəfər xilas edilib - FHN

9 nəfər xilas edilib - FHN
  08 Sentyabr 2014    Oxunub:1619
Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Hal-hazırki vaxta qədər 9 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Dağıntılar altında qaldığı ehtimal edilən digər şəxslərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti