Region gənclərinin yaradıcılıq festivalı başladı

Region gənclərinin yaradıcılıq festivalı başladı
  08 Sentyabr 2014    Oxunub:1446
Gənclər üçün Təhsil Mərkəzi region gənclərinin yaradıcılıq festivalını ilk olaraq, Hacıqabul rayonunda təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gəncləri üçün yaradıcılıq laboratoriyası” adlı layihə çərçivəsində keçirilmiş festivalın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, onların yaradıcı işə marağını oyatmaqdır.

Hacıqabul rayonunda təşkil edilən festivalın rəsmi açılışında çıxış edənlər, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışaraq, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğuladılar. Bildirildi ki, bu gün Azərbaycanın yaradıcı gəncləri ölkəmizi nəinki öz sərhədləri çərçivəsində, hətta onun hüdudlarından kənarda da layiqincə təmsil edirlər. Bu baxımdan, yeni-yeni yaradıcı gənclərin regionlardan aşkar edilməsi və tanıdılması vacibdir.

Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən festival çərçivəsində gənclər, özlərinin teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə bacarıqlarını nümayiş etdirdilər.

Festivalı izləmək və iştirakçı gənclərin gələcək yaradıcılığını davam etdirmələrinə kömək məqsədilə müvafiq sahələr üzrə dövlət qurumlarının nümayəndələri də tədbirdə iştirak etdilər.

Gənclər üçün Təhsil Mərkəzindən verilən məlumata əsasən, gənclərin növbəti yaradıcılıq festivalı Mingəçevir və Ağcabədi rayonlarında keçiriləcək.






Teqlər:





Xəbər lenti