Vaqif Səmədoğlunun səhhəti necədir?

Vaqif Səmədoğlunun səhhəti necədir?
  08 Sentyabr 2014    Oxunub:1437
“Vaqif müəllimin vəziyyəti ortadır. Müalicəsi davam edir. Ancaq yay fəsli ilə əlaqədar iynələrin vurulması saxlanıb. İstilər qurtarsın, yenə davam edəcək. İndi bağdayıq, dincəlir”.
AzVision.az xəbər verir ki, bu sözləri Axar.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova deyib.

Şairin həyat yoldaşının sözlərinə görə, V.Səmədoğlunun İsrailə yenidən müalicəyə aparılması planı yoxdur.

N.Vəkilova bildirib ki, V.Səmədoğlu arabir internetə daxil olur, şeirlərini paylaşır: “Bir-iki gün qabaq bir şeirini Feysbukda yaymışdı”.


Teqlər:





Xəbər lenti