Həkimləri xaricə göndərdilər

Həkimləri xaricə göndərdilər
  26 Aprel 2013    Oxunub:1393
Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə Talassemiya Mərkəzinin 10 nəfərdən ibarət mütəxəssisi Səhiyyə Nazirliyi tərəfindən dövlət hesabına Belorusiyanın Minsk şəhərinə göndəriliblər. 3 ay davam edəcək kurslar Belarusiyanın Sümük Transplantasiyası Mərkəzində keçirilir.

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.


Teqlər:





Xəbər lenti