Bakıda bahalı maşın yandı

Bakıda bahalı maşın yandı
  07 Sentyabr 2014    Oxunub:1378
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan qarajın içərisində quraşdırılmış elektirik lövhəsi və elektrik kabelləri 20 p.m yanmışdır. Yüksək temperaturdan qarajda olan "LEXUS" markalı minik avtomobilinin qabaq hissəsində plastmast hissələr və qarajın lambirdən ibarət tavan 8 kv.m sahədə deformasiyaya uğrayıb. Qarajın qalan hissəsi, avtomobil və bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti