Bakıda bazar yandı - Yenilənib

Bakıda bazar yandı - Yenilənib
  06 Sentyabr 2014    Oxunub:2212
Bakıda Dərnəgül şosesindəki tikinti bazarında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 250 kv.m olan tikinti materialları mağazasının dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış tikinti materialları 120 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın saat 15:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə günorta saatlarında baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti