Həftəsonu gəzməli hava

Həftəsonu gəzməli hava
  26 Aprel 2013    Oxunub:1324
İstirahət günü Azərbaycan ərazisində hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir.

Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Rayonlarda sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.






Teqlər:  





Xəbər lenti