“Xalid Mədətov ən ağır cəzaya layiqdir” – Xalq artisti

“Xalid Mədətov ən ağır cəzaya layiqdir” – Xalq artisti
  04 Sentyabr 2014    Oxunub:2466
Həyat yoldaşı və azyaşlı nəvəsi faciəli şəkildə ölən Xalq artisti Ağasəlim Abdullayev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətova dövlət ittihamçısı Ramazan Hadıyevin 12 il iş istəməsindən razı qalıb.
Bu barədə AzVision.az-a danışan xalq artisti təqsirkarın cəzasını ağır cəza almasını istəyib.

“Cinayət məcəlləsində onun işi ilə bağlı 7-ildən 12 ilədək cəza göstərilirdi. Ən yüksək cəzanı veriblər. Razılaşıram. Mən əvvəldən inanırdım ki, elədiyi əməlin cəzasını çəkəcək”-deyə tarzən razılığını bildirib.

Qeyd edək ki, martın 15-i gecə saatlarında tanınmış tarzən Ağasəlim Abdullayev və ailə üzvləri Zığ yolu şosesində avtoqəzaya düşüblər. Hadisə zamanı A.Abdullayevin həyat yoldaşı Brilyant Abdullayeva və azyaşlı nəvəsi həlak olublar. Yol nəqliyyat hadisəsinin "Mersedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü Xalid Mədətov barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti