Nazirlik məktəbdə yoxlama apardı

Nazirlik məktəbdə yoxlama apardı
  03 Sentyabr 2014    Oxunub:1599
Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatı aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirmişdir. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim ücün istifadə edilən), sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 15:23-də başa çatıb.


Teqlər:





Xəbər lenti