İki VAZ toqquşdu, 1 ölü

İki VAZ toqquşdu, 1 ölü
  25 Aprel 2013    Oxunub:1515
Daha bir yol qəzası Bakı-Şamaxı- Yevlax yolunda qeydə alınıb.
Baş Dövlət Yol Polis Idarəsinidən Azvision.az-a verilən məlumata görə, dünən saat 23.55-də Abşeron rayonu Pirəküşkül kənd sakini 72 yaşlı Həsənov Mərdan Meydan oğlunun idarə etdiyi VAZ-21063 markalı maşınla, Şəmkir rayonu sakini 26 yaşlı Əsədov Elşad Məcnun oğlunun idarə etdiyi VAZ 21074 markalı maşın toqquşub.

Nəticədə VAZ 21063 markalı maşının sürücüsü M.M.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti