İsmayıllıda dəhşətli qəza: 2 ölü, 5 yaralı

İsmayıllıda dəhşətli qəza: 2 ölü, 5 yaralı
  21 Avqust 2014    Oxunub:2123
İsmayıllıda dəhşətli yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

İ.Azayev hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib, Cavid Azayev orada dünyasını dəyişib.

AzVision.az


Teqlər:





Xəbər lenti