Bu gün 43 dərəcə isti olacaq

Bu gün 43 dərəcə isti olacaq
  20 Avqust 2014    Oxunub:1822
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı istisna olunmur. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti