Uşağı oğurlanan anası ilə bağlı ilginc xəbər

Uşağı oğurlanan anası ilə bağlı ilginc xəbər
  19 Avqust 2014    Oxunub:3044
Bir neçə gün əvvəl Sumqayıtda oğurlanan 2 aylıq körpə ilə bağlı bir neçə qaranlıq məqamlar üzə çıxıb.
Vesti.az-ın məlumatına görə, avqustun 13-də Aylin Rasim qızı Əhmədlinin oğurlanması ilənəticələnən olayla bağlı maraqlı detallar məlum olub. Sumqayıt Şəhər Polis İdarəsindən bildirlib ki, həmin günü səhər 3 uşaq anası olan Aysel Əhmədovanın evinə özünü humanitar fondun əməkdaşı kimi təqdim edən orta yaşlı qadın gəlib. Yad qadın özü ilə ərzaq, uşaq bezi və digər məişət əşyaları da gətirib. Bununla da, o, A.Əhmədovanın etibarını qısa zamanda qazanıb. “Xeyirxah” qadın həmin evdə 6 saat qalıb söhbət edib. Bu zaman A.Əhmədovanın böyük uşaqları gəzməyə getmək istədiklərini deyiblər və qonaq onlara birlikdə gəzməyə getməyi təklif edib.

Onlar birlikdə Sumqayıtdakı bulvara gediblər. Orda uşaqlar analarından karuselə minməyi xahiş edib. Hansı ki, uşaqların böyüklərsiz minməyi təhlükəlidir. Bu zaman qadın A.Əhmədovaya onlar yellənənə qədər balaca Aylinə baxa biləcəyini deyib. Əhmədova razılaşıb və böyük uşaqlarını karuselə mindirib. Ana uşaqları ilə yellənən vaxt “humanitar fondun əməkdaşı” körpəni də götürüb aradan çıxıb. Qeyd edək ki, hələ may ayında Aysel Əhmədova üçüncü uşağını dünyaya gətirməzdən əvvəl ANS televiziyasında “Adam içində” verilişinə çıxıb.

Verilişə çıxan vaxtı hicablı olan A. Əhmədova körpəsini dünyaya gətirəcəyi xəstəxanadan pul tələb olunduğunu və onun da ödəmək iqtidarında olmadığı üçün efirdən kömək istəyib. Bundan sonra hamilə qadına tamaşaçılar tərəfindən birdəfəlik maddi yardım edilib.

Sumqayıt əməliyyatçıları daha bir maraqlı məqamı üzə çıxarıblar. Uşağı oğurlayan qadın və ana mağazanın önündə quraşdırılmış müşahidə kamerasına yaxalanıblar. Kameraya düşən qadının üzü görünsə də, şəxsiyyətini təyin etmək hələlik mümkün olmayıb. Kadrlarda A. Əhmədova hicabsızdır. Yaranmış vəziyyətdə polisdə ananın səmimiyyəti ilə bağlı şübhələr yaradıb. Ona görə də, hazırda yoxlamalar uşağı oğurlanmış ananın ətrafında aparılır.

Ehtimal edilir ki, körpəni oğurlayan qadın A. Əhmədovanı may ayında efirə çıxan vaxtda tanıyıb. Bu səbəbdən də evə gələndə özünü humanitar fondun işçisi kimi təqdim edib.

A. Əhmədova hələ üçüncü uşağı dünyaya gəlmədən ərindən boşanıb. Üç övladını tək böyüdürmüş.

Fakta görə axtarışlar davam edir.


Teqlər:





Xəbər lenti