`YouTube`-dan gələn təhlükə

`YouTube`-dan gələn təhlükə
  19 Avqust 2014    Oxunub:3579
“YouTube” və “Microsoft Live” kimi video servislər hakerlər tərəfindən kompüterlərə daxil olmaq üçün bir vasitə kimi istifadə olunurlar.
Bu resursların imkanlarını araşdırandan sonra İT təhlükəsizliyi üzrə mütəxəssis Morqan Marki-Bua belə nəticəyə gəlib.

Onun sözlərinə görə, serverdən kompüterə videonun translyasiyası zamanı gizli şəkildə videoaxını dəyişmək və kompüteri virusa yoluxdurmaq mümkündür. Bu zaman kompüterin sahibi heç nə hiss etməyəcək. Beləliklə, istənilən kompüterə yol tapmaq olar.

“Citizen Lab” şirkəti isə bildirir ki, hakerlər bu yolla artıq milyonlarla kompüteri yoluxdurublar. Bu hakerlər əsasən Dubay və Mərakeşdə fəaliyyət göstərirlər.

Morqan Marki-Buanun sözlərinə görə, yaxın zamanlarda videoaxınlar və digər informasiya ötürmələri şifrələnsə belə, təhlükə yenə də qalacaq.

Ekspert onu da bildirib ki, bəzi şirkətlər – məsələn, “Hacking Team” və “FinFisher” istifadəçilərin kompüterlərinə girmək üçün öz xidmətlərini təklif edirlər. Bir sıra xüsusi xidmət orqanları onların müştəriləridir.

Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti