`Twitter`- dən yenilik

`Twitter`- dən yenilik
  19 Avqust 2014    Oxunub:1160
“Twitter” mikrobloq şəbəkəsi yenilik edib. Belə ki, indi istifadəçilərin “seçilmiş” kimi qeyd etdikləri tvitlər xəbər lentində göstəriləcək.
Artıq şəbəkənin bir çox istifadəçiləri bildirirlər ki, özgələrinin seçilmiş tvitlərini öz lentlərində görürlər. Həmçinin onların dostları kimisə izləməyə başlayanda bu barədə bildiriş alırlar. Bu eksperimentlər iki həftə əvvəl başlasa da, indi tətbiq olunur.

Qeyd edək ki, sosial şəbəkənin bir çox istifadəçiləri bu yeniliklərdən narazı olduqlarını qeyd edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti