Sel yuyub apardı, 70 nəfər təxliyyə olunub

Sel  yuyub apardı, 70 nəfər təxliyyə olunub
  24 Aprel 2013    Oxunub:1426
Aprelin 23-24-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin Sabunçu rayonunda bəzi ərazilərin yağış və qrunt suları ilə dolması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Mülki müdafiə qoşunlarının və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası ərazidədir.

İlkin məlumata görə, təxminən, 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın insan xilas olunub.

Ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

AzVision.az



Teqlər:  





Xəbər lenti