Heydər Əsədov Tovuza niyə gedir?

Heydər Əsədov Tovuza niyə gedir?
  14 Avqust 2014    Oxunub:1571
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 22-də saat 11:00-da Tovuz şəhərində Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 022-315-30-52, 050-736-07-10) və nazirliyə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Qaynar xətti” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti