Sürücü qəza törətdi, sərnişini öldü

  24 Aprel 2013    Oxunub : 466
Sürücü qəza törətdi, sərnişini öldü
Dünən saat 22:40 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisində yol qəzası baş verib.
Rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 33 yaşlı rayon sakini Eyyubov Zamiq Nurəddin oğlu idarə etdiyi «VAZ-2106» markalı maşınla idarəetmədən çıxıb və ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin Eyyubov Rəşad Hüseyn oğlu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü isə aldığı xəsarətlərə görə, xəstəxanaya yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: