Daha bir hərbçimizi itirdik

Daha bir hərbçimizi itirdik
  13 Avqust 2014    Oxunub:2042
Bu gün səhər saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib. Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə saat 08:14 radələrində Növxanı qəsəbəsi, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Belə ki, 25 yaşlı Nicat Babazadənin idarə etdiyi “Opel” markalı avtomobil ilə “Pajero” markalı maşın toqquşub.

Qəza nəticəsində Nicat Babazadə dünyasını dəyişib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Qeyd edək ki, Nicat Babazadə Daxili Qoşunların giziri olub.

Faktla bağlı araşdırma aparılır.(Ans)


Teqlər:





Xəbər lenti