Yol qəzasında 7 yaralı

  24 Aprel 2013    Oxunub : 379
Yol qəzasında 7 yaralı
İki marşrut avtobusu toqquşub, 7 nəfər yaralanıb
Dünən 92 saylı marşrut-avtobusun sürücüsü Şəkibəyov Eldar Baxşəli oğlunun idarə etdiyi «İveko» markalı avtobusla 83 saylı marşrut- avtobusun sürücüsü Babayev Samir Məmmədəli oğlunun idarə etdiyi «DAEWOO» markalı avtobusun toqquşub. Nəticəsidə marşrut-avtobuslarda olan sərnişinlər Qurbanova Nuranə Etibar qızı, Quliyeva Səkinə Xanlar qızı, Qasımov İlham İlqar oğlu, Ağayeva Rəvanə İlham qızı, Quliyeva Firuzə Hacırza qızı, Soltanova Nailə Nuru qızı və Qafarova Naibə Rüfət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Biləcəri qəsəbəsində yerləşən Dəmir Yol Xəstəxanasına aparılaraq orada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Teqlər: