Oğuzda meşə yandı

Oğuzda meşə yandı
  13 Avqust 2014    Oxunub:1341
Azərbaycandan növbəti dəfə meşədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Oğuz rayonu, Xacmaz kəndində meşə təsərrüfatına məxsus ərazidə 5 ha sahədə qurumuş ağaclar, ağac budaqları, və kol-kos yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub.

Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti