14 nəfər həbs edildi

14 nəfər həbs edildi
  13 Avqust 2014    Oxunub:1432
Avqustun 11-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 74 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan beş nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, doqquz nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 14 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti