Bakıda təhlükəli əşyalar tapılıb

Bakıda təhlükəli əşyalar tapılıb
  13 Avqust 2014    Oxunub:1790
Bakıda parlayıcı təhlükəli əşyalar tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, Nərimanov rayonunda FHN mütəxəssisləri tərəfindən hadisə əməliyyatda partlayış təhlükəli əşyaların boş gövdələri aşkar edilib. Aşkarlanmış 1 ədəd 150 mm çaplı top mərmisi, 1 ədəd 85 mm çaplı top mərmisi, 2 ədəd 82 mm çaplı minaatan mərmisi, 8 ədəd 60 mm çaplı minaatan mərmisi, 12 ədəd 125 mm çaplı BK-125 mərmisi olduğu müəyyən edilib. Aşkarlanmış sursatlar xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər və aidiyyəti qurumların mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.

Axtarış işləri nəticəsində qeyd olunan ərazidə digər partlayış təhlükəli döyüş sursatları aşkar edilməyib.


Teqlər:





Xəbər lenti