38 dərəcə isti olacaq

38 dərəcə isti olacaq
  11 Avqust 2014    Oxunub:1780
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın tempoeraturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti