Yaralı əsgərlərimizdən xəbər var

Yaralı əsgərlərimizdən xəbər var
  10 Avqust 2014    Oxunub:3687
Cəbhə xəttində yaralanan əsgərlərimizin artıq Türkiyədə müayinəsinə başlanıb.
AzVision.az xəbər verir ki, türk həkimlərin bildirdiyinə görə, əsgərlərimizin ilk müayinələri müsbət nəticə verib. Onların həyatı təhlükəsi aradan qaldırılıb.

Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, əsgər Ədalət Məmmədovun vəziyyəti kritik olsa da həkimlərin səyi nəticəsində həyatı təhlükəsi sovuşub.

Qeyd edək ki, cəbhə xəttində erməni hücumu zamanı yaralanan 3 əsgərlərimiz müalicə üçün Türkiyəyə göndərilib. Əsgərlərimizdən Ədalət Məmmədov Ankara Təhsil və Araşdırma Xəstəxanasına, Elvin Əsgərov və Sərxan Tahirzadə isə Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti