35 oğlan dənizdə batdı

35 oğlan dənizdə batdı
  10 Avqust 2014    Oxunub:2925
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Nabran qəsəbəsində sərxoş halda dənizdə (“Nabran” sularda xilasetmə məntəqəsindən, təxminən, 7 km məsafədə, nəzarət olunmayan ərazidə) 1979-cu il təvəllüdlü Ruslan Ağayar oğlu Quliyev çimərkən batıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanıb. R.Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən badığı yerdən 400 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 23:52-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti