Ermənilər məktəblini vurdu

Ermənilər məktəblini vurdu
  09 Avqust 2014    Oxunub:2009
Ötən gecə erməni silahlı qüvvələri 16 yaşlı azərbaycanlı uşağı vurublar.
Rayon icra başçısının müavini Aydın Hacıyevin verdiyi məluma görə, Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində atəşkəsin pozulması nəticəsində kənd sakini yaralanıb. Bu 16 yaşlı Kamran İmran oğlu Tağıyevdir. Məktəbli qolundan güllə yarası alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır. Həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Kamran Tağıyev Köhnə Qışlaq kənd orta məktəbinin 11-ci sinif şagirdidir.

Bununlada son bir necə gündə ermənilər tərəfindən yaralanan uşaqların sayı 4-ə çatıb.(Ans)


Teqlər:





Xəbər lenti