Kitab əldə etmək də “ASAN”laşdı

Kitab əldə etmək də “ASAN”laşdı
  23 Aprel 2013    Oxunub:1278
“ASAN xidmət” vasitəsilə artıq kitab bağışlamaq və əldə etmək də mümkündür.
“ASAN xidmət” mərkəzi Ümumdünya Kitab və Müəlliflik hüququ günü münasibətilə “Kitabımızı paylaşaq” aksiyasına start verib.

Belə ki, “ASAN xidmət”ə müraciət edərkən, aksiyaya qoşulmaq məqsədilə maraqlı kitablarınızı vətəndaşlarla paylaşa bilərsiniz.
AzVision.az xəbər verir ki, bunun üçün qurumda xüsusi olaraq ayrılmış guşəyə kitabınızı qoya, əvəzində isə təqdim olunan kitablardan götürə bilərsiniz.

Qurumun aksiyanı keçirməkdə məqsədi ədəbiyyata və bədii qiraətə marağı artırmaq və bununla da Ümumdünya Kitab Gününə qoşulmaqdır.

Qeyd edək ki, bu gün Ümumdünya Kitab Günüdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti