Peşə Tədris Mərkəzimiz yaradılır

Peşə Tədris Mərkəzimiz yaradılır
  23 Aprel 2013    Oxunub:1389
Tədris Mərkəzində sənaye ixtisasları üzrə ixtisaslı kadrlar hazırlanacaq
AzVision.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzi İqtisadi İnkişaf Nazirliyinin və Təhsil Nazirliyinin təklifləri əsasında yaradılır.

Mərkəzin yaradılması "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər) həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.4-cü bəndində nəzərdə tutulub.

Peşə Tədris Mərkəzində sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanması təmin ediləcək.

İqtisadi İnkişaf Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə Peşə Tədris Mərkəzinin fəaliyyətinin təmin edilməsinə dair tədbirlər planını 15 gün müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.


Teqlər:  





Xəbər lenti