Faciə - 5 uşaq dənizdə boğuldu

Faciə - 5 uşaq dənizdə boğuldu
  07 Avqust 2014    Oxunub:3099
Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.


Teqlər:





Xəbər lenti